16 iyul 2012 16:33
Neftçi mükafatlandırıldı (VİDEO)
"Neftçi"nin bazasında U-15 və U-14 Liqalarının qalibi olmuş müvafiq yaş qrupu üzrə komandaların mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə klubun icraçı direktoru Mübariz Xudiyev, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun adından hər iki komanda üzvlərini təbrik edib.
Mübariz Xudiyev əldə edilən nailiyyətlərdə klub rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının böyük rolu olduğunu vurğulayıb. Çıxış edən digər klub rəsmiləri növbəti mövsümdə də komandalara uğurlar arzulayıblar. Daha sonra futbolçulara kubok, medal və diplomlar təqdim olunub. U-15 Liqasının bombardiri üçün ayrılmış mükafata da "Neftçi"nin hücumçusu Emil Həsənzadə sahib çıxıb. U-14 komandasının futbolçusu Tural Osmanov isə "ən yaxşı oyunçu" nominasiyası üçün verilən mükafata yiyələnib.
