16 iyul 2012 16:47
Turanda yeni qapıçı
Hazırlığını ölkə daxilində davam etdirən “Turan” baxışa daha bir futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, Anar Nəzirovun “Qəbələ”yə qayıdışından sonra qapıçı axtaran “Turan” bunu Gürcüstanda tapıb.
Belə ki, vaxtilə “Sioni”də oynamış Vladimir Zuxbaya baxışa dəvət olunub. 25 yaşlı qolkiperlə bağlı qərar yaxın günlərdə veriləcək. Onunla yanaşı düşərgəyə bir neçə yerli futbolçu da təşrif buyurub.
Məlumat üçün deyək ki, Vladimir öz ölkəsində “Torpedo”, “Zestafoni”, “VIT Georgiya”, “Metallurq”, “Dila”, “Dinamo” klublarında oynayıb.
