16 iyul 2012 17:11
Neftçi – Zestafoni matçında anşlaq gözlənilir
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Gürcüstan təmsilçisi “Zestafoni” arasında sabah keçiriləcək ilk oyunda anşlaq gözlənilir. Azerisport.az xəbər verir ki, artıq satışa çıxarılan biletlərin 1500-ü satılıb.
Lakin qarşılaşma saatına qədər bütün biletlərin satılacağı bildirilir. Oyunu izləyənlər arasında gürcü fanatlar da olacaq. Belə ki, qarşılaşmanı 300 “Zestafoni” fanatı, eləcə də 20 gürcü jurnalist də izləməlidi.
Qeyd edək ki, oyunun keçiriləcəyi “Dalğa Arena” 6700 azarkeş tutumuna malikdi. Qarşılaşma sabah saat 21:00-da start götürəcək.
