16 iyul 2012 17:34
Qəbələnin Sloveniyadakı növbəti rəqibi müəyyənləşdi
Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı ikinci rəqibin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız iyulun 17-də Serbiya təmsilçisi “İndiya” FK ilə üz-üzə gələcək.
İndiya şəhərini təmsil edən klubun əsası 1933-cü ildə qoyulub. Komanda Serbiya Birinci Liqasında mübarizə aparır
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununu Çexiya təmsilçisi “MFK Karvina”ya qarşı keçirmiş və 0:1 hesabıyla məğlub olmuşdu.
