17 iyul 2012 23:28
Qəbələ Serbiya klubuna məğlub oldu (YENİLƏNİB)
Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fatih Kablak komandasını Serbiya klubu ilə qarşılaşmada sınaqdan keçirib.
Rəqib “İndiya” klubu olub. İndiya şəhərini təmsil edən klubun əsası 1933-cü ildə qoyulub. Komanda Serbiya Birinci Liqasında mübarizə aparır. Bu komanda ilə görüş Kavlakın yetirmələrinin məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “Qəbələ” Sloveniyadakı ilk yoxlama oyununu Çexiya təmsilçisi “MFK Karvina”ya qarşı keçirmişdi və 0:1 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
17 iyul
Qəbələ - İndiya - 0:2 (0:2)
