16 iyul 2012 19:25
İspaniyanın gəncləri də Avropa çempionu oldu
19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin həlledici oyununda İspaniya və Yunanıstanın U-19 yığmaları qarşılaşıblar.
Estoniyada keçirilən turnirin həlledici qarşılaşmasının taleyini bir qol həll edib. “Real”ın yetirməsi Jeze Rodriqesin vurduğu bu qol həm ispanlara qitə çempionluğunu qazandırıb, həm də onun özünü bombardir edib.
Qeyd edək ki, bu, artıq İsaniya U-19 yığmasının bu yaş kateqoriyasında keçirilən son 11 Avropa çempionatında 6-cı çempionluğudu.
