16 iyul 2012 20:37
Rəşad Sadiqov: Zestafonini məğlub edəcək gücdəyik
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Gürcüstan “Zestafoni”si ilə ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən özüm üçün doğma olan komandaya qayıtmışam. Burda uğur qazanmaq istəyirəm. Rəqibimiz güclüdü. Amma biz onları məğlub edəcək gücdəyik”.
