16 iyul 2012 20:26

Tərlan Əhmədov: Zestafoni ilə oyunda tam fərqli Neftçi görəcəksiz

Azərbaycan çempionu “Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Gürcüstan “Zestafoni”si ilə sabah baş tutacaq ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
 
“Biz iki mərhələdən ibarət toplanış keçirdik. Fikrimcə, hər şey uğurlu alındı. Oyunumuzda inkişaf diqqət çəkir. Yeni futbolçular demək olar ki, komandaya uğyunlaşıblar. “Neftçi”də problem yoxdu. Yalnız Rodriqinyo və Bahodir Nasimovun zədəsi var. Buna baxmayaraq, hədəfimiz yalnız növbəti mərhələyə adlamaqdı”.
 
Əhmədov rəqib komanda barədə də danışıb: “Zestafoni”nin oyununu görmüşük. Onlar haqda xeyli məlumatımız var. Yaxşı komandadı. Ötən mövsüm onlar hətta qrup mərhələsinə də vəsiqə qazana bilərdi. Rəqibimizin zəif cəhətlərindən danışmaq istəmirəm. Bircə onu bilirik ki, bu komandanı keçə bilməsək, çox tənqid olunacağıq. Ona görə də məsuliyyətimizi dərk edirik”.
 
“Ağ-qaralar”ın çalışdırıcısı hər şeyə ilk oyunda aydınlıq gətirmək istədiklərini bəyan edib: “Biz ilk oyunda elə nəticə qazanmaq istəyirik ki, rəqibimiz doğma meydanda nəyəsə ümid etməsin. Əsas qol buraxmamaqdı. Bilirik ki, gürcülər təxribata əl ata bilərlər. Amma biz soyuqqanlılığımızı itirməməli, hər şeyə hazır olmalıyıq”.

Əhmədov hücum xəttində kimlərə üstünlük veriləcəyinə dair sualı belə cavablandırıb: “Nasimov yaxşı futbolçudu. Amma Kanalesin də yaxşı keyfiyyətləri var. Sabah siz özünüz də onu iş başında görəcəksiz”.
 
“Neftçi”nin çalışdırıcısı komandanın gücləndiyini iddia edir: “Komandadan hər kəs gedə bilər. Amma yeni aldığımız futbolçular gedənlərdən daha güclüdülər. Sabah siz tamamilə fərqli komanda görəcəksiz. Start heyət hələ məlum deyil. Onu oyun öncəsi müəyyənləşdirəcəyik”.
 
Baş məşqçi Böyükağa Hacıyev xəstələndiyindən jurnalistlər önünə çıxa bilməmişdi. Bu məsələyə də toxunan Əhmədov bunları dilə gətirib: “Hacıyevin yoxluğunu mənfi haldı. Amma ümid edirəm ki, bu, komandaya təsir etməyəcək. Onun tezliklə sıraya dönəcəyinə ümidliyik”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.