16 iyul 2012 20:49
Rail Məlikov: Bu il ÇL-də daha yaxşı çıxış etmək istəyirik
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Rail Məlikov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Gürcüstan “Zestafoni”si ilə ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ötən mövsümlə müqayisədə komandamız çox dəyişib. Yeni oyun, yeni futbolçular, fərqli atmosfer... Fikrimcə, nəticə də ötən ilki kimi olmayacaq. Ötən ilkindən daha yaxşı çıxış etmək istəyirik”.
