16 iyul 2012 21:16
“İnterlə ilk oyunu doğma meydanda keçirməyimiz daha yaxşı olardı”
Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycanın “İnter” klubu ilə ilk oyunun səfərdə baş tutmasından təəssüfünü dilə gətirib:
“İnter” kimi komandaya qarşı ilk oyunu doğma meydanda keçirməyimiz çox yaxşı olardı. Çünki “Asteras” kimi debütant komanda üçün bu, çox vacibdi. Lakin təəssüf ki, hər şey artıq müəyyənləşib. İndi bizə yalnız nəyə qadir olduğumuzu göstərmək qalır”.