16 iyul 2012 21:37
Georgi Çiabrişvili: Bakıya uduzmaq üçün gəlməmişik
Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiabrişvili UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Neftçi” ilə ilk oyun öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Komandamız yaxşı hazırlaşıb. Biz Avstriyada bir neçə yoxlama oyunu keçirdik. “Neftçi” də hazırdı. Səbrsizliklə oyunu gözləyirik. Rəqibimizin oyununu görmüşük. “Neftçi”nin həm yaxşı legionerləri, həm də yerli oyunçuları var. Bakılılarla oyun bizim üçün çox çətin olacaq”.
“Komandamız yaxşı hazırlaşıb. Biz Avstriyada bir neçə yoxlama oyunu keçirdik. “Neftçi” də hazırdı. Səbrsizliklə oyunu gözləyirik. Rəqibimizin oyununu görmüşük. “Neftçi”nin həm yaxşı legionerləri, həm də yerli oyunçuları var. Bakılılarla oyun bizim üçün çox çətin olacaq”.
Gürcü mütəxəssis “Zestafoni”də komanda oyununu xüsusi vurğulayıb: “Biz artıq dörd ildi ki, eyni heyətlə çıxış edirik. “Neftçi”də isə belə deyil. Komanda bu mövsüm öncəsi xeyli yeni futbolçu alıb”.
Çiabrişvili bildirib ki, ilk oyunun nəticəsi xüsusi önəm kəsb etmir. Lakin o, eyni zamanda hər şeyə ilk oyunda aydınlıq gətirmək istədiklərini də bəyan edib: “Ümid edirəm ki, biz mərhələ keçə biləcəyik. İlk oyunun nəticəsi elə də böyük önəm kəsb etmir. Çünki ilk oyunda nə baş verməsindən asılı olmayaraq, cavab görüşündə çox şeyi dəyişmək olar. Əsas odu ki, “Neftçi”ni keçək. Hər iki komandanın şansları bərabərdi. Qoy güclü qalib gəlsin. “Neftçi” üçün hər şeyə ilk oyunda aydınlıq gətirmək çətin olacaq. Bu, mümkünsüzdü. Biz Bakıya uduzmaq üçün gəlməmişik. “Zestafoni” hər şeyə ilk oyunda aydınlıq gətirmək istəyir. Bizim əsas hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı”.
“Zestafoni”nin baş məşqçisi mərhələ keçə bilməyəcəkləri halda, bunu faciə hesab etməyə dəymədiyini bildirib: “Çünki “Neftçi” güclü komandadı. Amma biz daha çox şeyə ümid edirik. ÇL-də mümkün qədər irəli getmək istəyirik”.
Çiabraşvili Azərbaycan çempionunun heyətindəki dəyişikliklərə rəğmən, “ağ-qaralar”ın oyununda fərq olmadığını bildirib: “Rəqibimiz yenə də hücum futbolu sərgiləyir. “Neftçi”ni keçə bilməsək, yalnız özümüzü günahlandıra bilərik. Çempionlar Liqasında çıxış etmək üçün çoxlu güc sərf etmişik. İndi bu turnirdə uğurlu çıxış etmək istəyirik. Bu, Gürcüstan futboluna çox lazımdı”.
O, “Neftçi”nin heyətindən çəkinmədiyini bildirib: “Biz “Neftçi”dən qorxmuruq. Ümumiyyətlə, rəqibin hansısa futbolçusundan ehtiyatlanmağa dəymədiyini düşünürəm. Amma belə “Neftçi”də Julius Vobay və Flavinyonu aparıcı futbolçular hesab edirəm. Həmçinin Cavid İmamverdiyevi də ən yaxşılardan adlandırmaq olar”.
