16 iyul 2012 21:28
Gürcülər Bakıda nədən narazı qalıblar?
Gürcüstan çempionu “Zestafoni”nin rəsmiləri bu gün Bakıya səfərlərindən narazılıqlarını dilə gətiriblər. Azerisport.az xəbər verir ki, onlar jurnalistlərlə söhbətlərində bildiriblər ki, yol yoğrunluğu ilə üzləşməmək üçün çarter reysindən istifadə etsələr də, Heydər Əliyev adına beynəlxalq hava limanında gecikiblər.
Belə ki, onlar yüklərinin gəlib çıxmasını düz iki saat gözləməli olublar.
