16 iyul 2012 11:17
Qəbələ Çexiya klubuna məğlub oldu
Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu təlim-məşq prosesi çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Fatih Kavlak yetirmələrini Çexiya klubu ilə görüşdə sınayıb.
Komandamızın rəqibi Çexiyanın “MFK Karvina” klubu olub. Qarşılaşmanın taleyini bir qol həll edib. Həlledici qolu isə məhz çexlər vurublar – 1:0.
Qeyd edək ki, “Qəbələ" Sloveniyada daha bir neçə oyun keçirəcək.
