16 iyul 2012 11:29

Tales Şütz: Asteras zəif komanda olsaydı, belə bir uğura imza ata bilməzdi

“İnter”in hücumçusu Tales Şütz Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstan “Asteras”ı ilə qarşılaşmalardakı şanslarını dəyərləndirib. Azerisprot.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Vaxtilə mən Yunanıstanda da çıxış etmişəm. 2004-cü ildə “Akratitos”da forma geydiyim üçün, rəqibimizi bir az tanıyıram. Əlbəttə, o dövrlə müqayisədə bu komandada xeyli dəyişikliklər baş verib. Heç inanmıram ki, həmin dövrdəki heyətdən indi kimsə qala”.
 
Şützün sözlərinə görə, onun komandasını kifayət qədər çətin sınaq gözləyir: “Bir şeyi deyə bilərəm: bu, çox möhkəm komandadı. Onların Yunanıstan Superliqasında son mövsümü altıncı pillədə başa vurmaları da bundan xəbər verir. Əks halda “Asteras” belə bir uğura imza ata bilməzdi.
 
Lakin “bankirlər”in braziliyalı-alman-polşalı hücumçusu komandasının şanslarının yüksək olduğunu düşünür: “Fikrimcə, rəqibin durumundan asılı olmayaraq, biz özümüzü doğrultmalıyıq. Təsnifat mərhələsinin oyunları elədi ki, gərək bunların hər birinə final qarşılaşması kimi yanaşasan. Bir qol hər şeyi dəyişə bilir. Ona görə də biz meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq”.
 
AZAL-ın sabiq forvardı Estoniya “Trans”ı üzərində qələbələrindən də danışıb: “Deməzdim ki, “Trans”la oyunlarımız asan keçdi. Rəqib bütün komanda ilə müdafiə olunurdu. Belə rəqibə qarşı futbol oynamaq isə çox çətin olur. Məhz buna görə onlara Bakıda cəmi iki qol vura bildik. Amma Estoniyada onlar belə oynamamışdılar. Hücuma daha çox diqqət göstərdikləri üçün arxa xətdə boşluqlar yaranırdı və bundan istifadə edib beş qol vurmuşduq”.
 
Şütz “Trans”la oyunları “Asteras”la qarşılaşma öncəsi yaxşı yoxlama matçı hesab etdiyini də gizlətmir: “İlk oyunda demək olar ki, hər şeyə aydınlıq gəlmişdi. Ona görə də Bakıdakı qarşılaşma bir növ sınaq xarakteri daşıyırdı. Bu oyunda biz daha çox topla oynamağa, müxtəlif mövqelərdən qol vurmağa çalışırdıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.