16 iyul 2012 11:42
Rəvan Super Liqa klubu ilə sülh bağladı
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Rəvan” təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Güler Cavad yetirmələrini Türkiyənin “Kayseri Karabükspor” klubu ilə görüşdə sınayıb.
Qarşılaşma tərəflərin çoxsaylı cəhdlərinə rəğmən, qolsuz başa çatıb.
Xatırladaq ki, “Rəvan” ilk matçında Səudiyyə Ərəbistanının “Najran” klubunu 2:1 bhesabı ilə məğlub edib.
