17 iyul 2012 22:52

Neftçi Zestafonini Bakıda 3 cavabsız qolla yendi (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də mübarizəyə məhz bu mərhələdən qoşulub.
 
Komandamız ilk cəhdində Gürcüstan çempionu “Zestafoni”ni mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, “Neftçi” kimi, bu komanda da son iki mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Növbəti mərhələyə adlamaq yolunda hər şeyə elə ilk oyunda - Bakıda aydınlıq gətirilməsi daha vacib əhəmiyyət daşıyırdı. Çünki “Zestafoni” doğma divarlar arasında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. Bu üzdən də “ağ-qaralar” qol buraxmamaq şərtilə rəqibinə mümkün qədər çox qol vurmalıydı.
 
Xoşbəxtlikdən Azərbaycan çempionu bu vəzifənin öhdəsindən layiqincə gəlib. Böyükağa Hacıyevin komandası onun yoxluğunda rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıblar. Hansı ki, bu, komandamıza böyük üstünlük qazandırıb.
 
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 24-də Zestafonidə keçiriləcək.
 
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (ilk oyun)
17 iyul
 
NEFTÇİ – ZESTAFONİ - 3:0 (2:0)
Qollar: C.İmamverdiyev, 22 (1:0), J.Vobay, 24 (2:0), N.Kanales, 63 (3:0)
Hakimlər: İonut Marius Avram, Miklos İstvan Naqi, Sebastyan George, Draqos İstrate (hamısı Rumıniya).
Hakim-inspektor: Viktor Mintoff (Malta).
 
NEFTÇİ: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
ZESTAFONİ: 89. Roin Kvasxvadze, 2. Teymuraz Qonqadze, 4. Edik Sacaya, 5. Mamuka Kobaxidze, 9. Tornike Qorqiaşvili, 11. Caba Dvali, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 20. Zaal Eliava, 55. Tornike Aptsiauri (k), 80. Abayomi Seun.
Ehtiyat oyunçular: 12. Zurab Mamaladze, 3. Tornike Qriqalaşvili, 6. Tedore Qriqalaşvili, 8. Şota Babunaşvili, 10. David Muciri, 21. Mişiko Sardalaşvili, 27. Luka Ququçiya.
 
Oyun başladı
3. “Neftçi” ilk dəqiqələrdən rəqibi gərginlikdə saxlamağa çalışır
4. Flavinyoya qarşı qayda pozuntusu. Cərimə zərbəsini Bertuççi qüvvətli zərbəylə tamamlasa da, qapıçı topu tutur
5. "Neftçi" erkən qol axtarışındadı. Amma gürcülər oyunun tempini aşağı salmağa çalışırlar
8. Gürcülərin ilk hücumu zamanı müdafiəçilərimiz yaxşı təsir bağışlayırlar
9. Oyunda ilk korneri gürcülər yerinə yetirirlər. Mehdiyev və müdafiəçilərimiz kobud səhvə yol versələr də, son anda qola imkan verilmir. Təhlükəli vəziyyət idi
11. Flavinyo cərimə meydançası həndəvərindən qapıya zərbə endirsə də, dəqiq oynamır
12. "Neftçi" əla hücum qurur. Amma Railin qapı önünə təhlükəli ötürməsini qapıçı tutur
13. Gürcülər cərimə zərbəsi vurur: hər şey komandamız üçün yaxşı qurtarır
15. Cavidin cərimə meydançasında topu qəbul etməsinə müdafiəçilər mane olurlar
15. "Neftçi"nin yerinə yetirdiyi ilk kornerdən sonra Rəşadın qapıya qüvvətli zərbəsini yenə qapıçı tutur
17. Əla əks-hücum zamanı Flavinyo Kanalesə dəqiq ötürmə verə bilmir
18. Aptsiauri zədələnir və ona həkimlər yardım göstərirlər
22. Müdafiəçilərimiz kobud səhvə yol versələr də, hər şey yaxşı qurtarır
22. QOOOOOOOOOOOOOL. İmamverdiyev! - 1:0
22. Kanalesdən əla ötürmə alan Cavid qapıçı ilə üz-üzə qaldı və dəqiq zərbə ilə hesabı açır
24. QOOOOOOOOOOOOOOOOOOOOL!!!!!!!! Vobay!!!
24. Komandamız qoldan dərhal sonra daha bir əks-hücum qurdu. Cavidin əla ötürməsini Vobay bir qədər irəlilədikdən sonra dəqiq zərbə ilə qola çevirir - 2:0
26. Gürcülər cərim zərbəsi qazanırlar: Menteşaşvilinin zərbəsi qapı çatına dəyərək çölə çıxır
28. Cavid sürətli əks-hücum zamanı həm ofsayda düşür, həm də zədələnir. Xoşbəxtlikdən hər şey qaydasındadı
30. Komandamızın sağ cinahdan qurulan hücumları daha təhlükəli alınır
31. Mitreski oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir
33. Dvalinin iti bucaq altında zərbəsi qapıdan yan keçir
35. "Neftçi" daha bir korner qazanır. Komandamız artıq o qədər də tələsmir
35. Korner zamanı rəqib qapıçı topu ələ keçirir
39. Cavidin qapıya uzaqdan zərbə vurmaq cəhdi uğursuz alınır
40. Aptsiauri Ramosa qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır
43. İlk yarının son dəqiqələri çox sönük keçir
45. Birinci hissəyə 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Flavinyo əla hücumu qolla tamamlasa da, bu, ofsayd səbəbindən hesaba alınmır
50. Komandamız fasilədən sonra da kifayət qədər fəaldı
53. Qonaqlar künc zərbəsi qazanırlar: Rauf topa sahib çıxır
53. Rail sarı vərəqə alır
55. "Zestafoni" fasilədən sonra daha fəal təsir bağışlamaqdadı
58. Flavinyo əzələsini dartır və güman ki, oyuna davam edə bilməyəcək
59. Abayomi Seun yerini Muciriyə verir
60. Flavinyo meydana qayıdır
62. Flavinyo yerini Araz Abdullyevə verir
63. QOOOOOOOOOOOOOOOOOOOOOOOL!!!! Kanales debüt matçında qol vuracağına dair verdiyi sözə əməl etdi - 3:0
63. Standart vəziyyət zamanı rəqib futbolçuların və qapıçının uzaqlaşdıra bilmədiyi topu Kanales tora qovuşdurur
64. T.Qorqiaşvili də sarı vərəqə ilə cəzalanır
66. Aptsiaurinin əvəzində meydana Ququçiya çıxır
67. Komandamız iki ardıcıl korneri boşa verir
68. "Neftçi"də daha bir məcburi əvəzləmə olacaq. Elvin Yunuszadə də əzələsini dartır və güman ki, oyuna davam edə bilməyəcək
68. Gürcülər təhlükəli nöqtədən cərimə zərbəsi vururlar: top qapıdan aralı keçir
69. Elvinin əvəzində meydana S.Yunisoğlu çıxır
71. Mucirinin cərimə zərbəsi qapının yanından keçir
74. Komandamızın korneri təhlükəli alınsa da, Rəşadın həlledici zərbəsi hədəfə düşmür
76. Cavid Arazın cinah ötürməsini qola çevirə bilmir
77. Eliava yerini Qriqalaşviliyə verir
77. Cavidin əvəzində meydana M.Seyidov çıxır
80. Komandamızın çox təhlükəli hücumunu son anda qapıçı zərərsizləşdirir
81. Bertuççi qapıçı ilə üz-üzə qalsa da, iti bucaq altında dəqiq zərbə vura bilmir və Roin topu tutur
83. Mucirinin cərimə zərbəsi gürcülərə korner qazandırır
83. Korner zamanı komandamız topu ələ keçirib əks-hücuma keçsə də, qarşısı alınır
85. Ququçiya sarı vərəqə alır
90. Vobay lazımsız yerə kobud oynayır və sarı vərəq alır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Şarikadzenin təhlükəli zərbəsini Rauf kornerə çıxarır
90+3. Gürcülər kornerdən yararlana bilmirlər
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.