16 iyul 2012 12:51
Böyükağa Hacıyev: Zestafoni ilə oyuna hazırıq
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandasının UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Gürcüstan “Zestafoni”si ilə oyunlara hazır olduğunu bəyan edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hesab edirəm ki, “Neftçi” yaxşı hazırlıq prosesi keçib. Amma hər şeyə oyun zamanı aydınlıq gələcək. Hazırlığımızın nə dərəcədə uğurlu alındığını məhz oyun göstərəcək. “Zestafoni” ilə görüş bizim üçün çox vacibdi. Qələbə qazanmağa borcluyuq. Mən “Neftçi”yə inanıram”.