17 iyul 2012 13:16
Asteras Bakıya 18 futbolçu ilə gəlir
Avropa Liqasının ikinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Yunanıstanın “Asteras” klubu bu gün Bakıya gəlir. Azerisport.az xəbər verir ki, komanda oyundan əvvəl son məşqini sabah matçın oynanılacağı “Dalğa Arena”da keçəcək.
Artıq "Asteras"ın Bakıya gələcək heyəti də açıqlanıb. Belə ki, Tripolis təmsilçisi paytaxtımıza 18 futbolçu ilə gəlir.
Baş məşqçi Sakis Tsiolisin müəyyənləşdirdiyi bu heyətə aşağıdakı oyunçular daxildi: Kristos Pipinis, Xuanito, Lautaro Formika, Emanuel Perrone, Anxel Sarantopulos, Ruben Serna Rayo, Savvas Tsaburis, Leandro Alvares, Tasos Bakasetas, Nikos Anastasopulos, Con Ntiniotakis, Sebastyan Bartolini, Tsimas Navarro, Hegon, Mixael Fraqulakis, George Bantis, George Georgakopulos, Dimitris Kurbelis.
Qeyd edək ki, “İnter” – “Asteras” oyunu iyulun 19-da “Dalğa Arena”da baş tutacaq. Cavab matçı bir həftə sonra Yunanıstanda oynanılacaq.
