17 iyul 2012 13:57
İnterin rəqibi Bakıya 12 saata gələcək
Xəbər verdiyimiz kimi, Avropa Liqasının ikinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Yunanıstanın “Asteras” klubu bu gün Bakıya gəlir. Azerisport.az xəbər verir ki, komandanın ölkəmizə gələn nümayəndə heyəti 12 saatı yolda keçirəcək.
Öncə Afinaya yola düşən komanda ardından Türkiyəyə gedəcək. Yunanlar Bakıya da məhz İstanbuldan gəlməli olacaqlar.
“Asteras”ın bu axşam saat 21:00-da Bakıda olması gözlənilir. Onlar sabah oyundan əvvəl “Dalğa Arena”da son məşqə də çıxacaqlar.
Qeyd edək ki, “İnter” – “Asteras” oyunu iyulun 19-da “Dalğa Arena”da baş tutacaq. Cavab matçı bir həftə sonra Yunanıstanda oynanılacaq.
