17 iyul 2012 14:59
Zestafoninin futbolçuları Dalğa Arenanın qazonundan razı qaldılar
Gürcüstanın “Zestafoni” klubunun Bakıda razı qaldığı nəhayət ki, bir şey tapılıb. Azerisport.az xəbər verir ki, qonşu ölkə təmsilçisinin futbolçuları “Neftçi” ilə oyunun keçiriləcəyi “Dalğa Arena” stadionunun qazonundan razı qalıblar.
Qeyd edək ki, arenanın ot örtüyü sünidi. Lakin süni örtüyün keyfiyyəti yaxşı olduğundan, gürcülər öz razılıqlarını dilə gətiriblər.
Maraq üçün bildirək ki, gürcüləri bu oyun öncəsi narazı salan bəzi məqamlar var. Belə ki, ölkəmizə gələrkən Bakı hava limanında 2 saat saxlanılmalarından şikayətlənən gürcülər üstəlik ilk oyunun baş hakim təyinatından da narazıdılar.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan çempionları arasındakı ilk görüş saat 21:00-da başlayacaq.
