17 iyul 2012 15:15
Xaqani Məmmədov: Az oyun idarə etsək də, hazırlıqdan razıyıq
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov azərbaycanlı hakimlərin Sloveniyadakı təlim-məşq toplanışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Sloveniya toplanışı çərçivəsində hakimlərimizi doqquz oyunda yoxlamışıq. Halbuki, daha çox oyun idarə edəcəyimizi düşünürdük. Amma bundan da razıyıq. Oyunları idarə etməklə yanaşı fiziki və taktiki hazırlıqlara da diqqət yetirilir. Təəssüf ki, Sloveniya Futbol Federasiyası bizə o qədər də kömək etmir. Hər şeyə rəğmən, inanıram ki, bu hazırlıq prosesi hakimlərimizin xeyrinə olacaq”.