17 iyul 2012 15:47
Neftçi - Zestafoni matçında vida
Bu gün keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Zestafoni” matçında Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyev futbolla rəsmən vidalaşacaq. Azerisport.az xəbər verir ki, o, “Dalğa Arena”da keçiriləcək oyunda topa ilk toxunuşu edəcək.
33 yaşlı veteran hücumçu “Neftçi”nin əvəzedici heyətində köməkçi məşqçi kimi çalışır.
Samir Əliyev Azərbaycanda “Neftçi” və “Xəzər Lənkəran” da daxil olmaqla bir neçə klubda top qovub. O, Ukraynanın “Volın” və Rusiyanın “Uralan” klublarında legioner həyatı yaşayıb. Əliyev 31 dəfə formasını geydiyi Azərbaycan yığmasının heyətində 2 qolun müəllifidi.
