17 iyul 2012 15:38
Qurban Qurbanov: Qarabağa daha bir hücumçu lazımdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müshaibəsində komandasının yeni mövsümə hazırlıqlarından danışıb.
- Təlim-məşq toplanışınızın ilk hissəsi ilə bağlı nə deyə bilərsiz?
- Hər şey plan üzrə keçdi. “Qarabağ” iki yoxlama oyunu keçirdi, hər ikisində qələbə qazandı. Amma buna əsasən komandanın durumunu müzakirə etməyə dəyməz. Yeni mövsümə daha yüksək səviyyədə hazır olmaq lazımdı.

- “Traktorsazi”yə qarşı oyununuz barədə nə deyə bilərsiz?
- Bu, adi oyun deyildi. Oyundan öncə klub rəhbərliyi səviyyəsində gələcək əməkdaşlıq haqda da müzakirələr aparıldı. Bu oyun bizə bir-birimizi daha da yaxşı tanımağa kömək edəcək. Oyuna gəlincə, bəzi səhvlərimiz oldu. Amma bu, qələbə qazanmağımıza problem yaratmadı.
- Yeni transferləriniz olacaq?
- Mümkündü ki, yeni oyunçularla güclənək. Hazırda “Qarabağ”a daha bir hücumçu lazımdı. Növbəti toplanış zamanı bir neçə legioneri sınaqdan keçirməliyik. Hələ kimi seçəcəyimizi bilmirik. Ona görə də dəqiq bir söz deyə bilmərəm.

- Mətbuatda belə bir informasiya yayılmışdı ki, “Neftçi” avrokuboklar zamanı müvəqqəti olaraq Rəşad Sadıqovun xidmətindən yararlanmaq istəyir...
- “Neftçi” buna görə bizə müraciət etməyib. Nə mənə, nə Sadıqova, nə də kluba belə bir müraciət gəlib. Ona görə də olmayan nəyəsə münasibət bildirmək istəmirəm.
- “Qarabağ”ın sabiq futbolçusu Elvin Məmmədov “Bakı”da heç cür öz oyununu tapa bilmir. Əgər o, Ağdam klubuna qayıtmaq istəsə, qəbul edərdiniz?
- Elvin Məmmədovun qayıtması müzakirə olunmur. O, “Bakı”nın futbolçusudu. Bu klubda inkişaf etmək üçün hər cür şərait var. O, öz seçimini edib. Buna görə də bizim onun karyerasını müzakirə etməyə haqqımız yoxdu.

- Yeni mövsümdə “Qarabağ”ın qarşısına hansı hədəflər qoyulub?
- Ən azı avrokuboklara vəsiqə üçün oynayacağıq. Yüksək yerlərdən birini tutmaq istəyirik. Hələ rəhbərliklə bu məsələni müzakirə etməmişik. Türkiyədən qayıtdıqdan sonra müzakirə edəcəyik.

- Avrokuboklardakı klublarımızın çıxışını izləyirsiz?
- “İnter”lə “Xəzər Lənkəran”ın qələbələri bizi çox sevindirdi. Onlara ikinci təsnifat mərhələsində də uğurlar arzulayıram. Onların qələbələri bizim UEFA reytinqindəki mövqeyimizə də müsbət təsir göstərir. “Bakı”dan belə uğursuzluğu gözləmirdim. “Mura”ya məğlub olmaları bizi çox məyus etdi. Bu oyunlar bir daha göstərdi ki, Avropa Liqasında zəif rəqib yoxdu. İstənilən rəqibə qarşı ciddi yanaşmaq lazımdı. “Neftçi”yə də “Zestafoni” ilə oyunlarda uğurlar arzulayıram.

- Avrokubokları kənardan izləmək üzücü deyil?
- Fikrimcə, bu yay əldə etdiyimiz istirahət imkanı komandamızın yeni mövsümə hazırlaşmasına daha çox kömək edəcək. Hər bir pis şeyin yaxşı tərəfləri də var.