17 iyul 2012 17:12
Azərbaycan yığmasının hücumçusu İspaniya klubunun əsas heyətində (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının gənc hücumçusu Rizvan Umarov İspaniyanın “Elche” klubunun əsas heyətinə cəlb olunub. Azerisport.az xəbər verir ki, 19 yaşlı futbolçu hazırda komandasının növbəti mövsüm üçün təlim-məşq toplanışında iştirak edir.
Komanda yeni mövsümün hazırlıqlarına ötən gündən başlayıb. Qeyd edək ki, “Elche” İspaniya Sequndasında çıxış edir. Umarov isə son mövsümdə bu komandanın əvəzedici heyətində çıxış edirdi.
