17 iyul 2012 17:32
Xəzər Lənkəran 300 min avroluq hücumçu alır (FOTO)
“Xəzər Lənkəran” Buxarest “Dinamo”sunun hücumçusu Marius Nikulaeni heyətinə qata bilər. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 31 yaşlı forvard cəmi bir həftə öncəyə qədər 500 min avro dəyərə malik olsa da, indi onu 300 minə də almaq mümkündü. Onun xidmətində maraqlı olan klublardan biri kimi isə məhz “Xəzər Lənkəran” göstərilir.
Qeyd edək ki, Nikulaenin “Xəzər Lənkəran”a keçəcəyinə dair xəbərlər hələ Mirça Rednikin dövründə də yayılmışdı. Amma həmin vaxt bu keçid baş tutmamışdı.
