17 iyul 2012 18:04
“Neftçinin futbolçularının bu açıqlamaları bizi daha da güclü motivasiya edir”
Gürcüstanın “Zestafoni” klubunun qapıçısı Roin Kvasxvadze Çempionlar Liqasında “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Fikrimcə, şanslar əllinin əlliyədi. Rəqib komandanın üzvləri hər şeyə ilk oyunda aydınlıq gətirmək istədiklərini deyirlər. Bu isə bizi daha da güclü motivasiya edir. Bilirik ki, Bakıda asan oyun gözləməyə dəyməz. Amma biz mübarizə aparmağa hazırıq”.

Qeyd edək ki, “Neftçi” – “Zestafoni” bu gün “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.