17 iyul 2012 18:46

Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

UEFA 2011-2012-ci il mövsümündə Avropanın ən yaxşı oyunçusu adına 32 namizəd futbolçunun siyahısını dərc edib. Azerisport.az xəbər verir ki, siyahıya qitə çempionluğunu qorumağı bacaran İspaniya yığmasının 8 üzvü daxil edilib.
 
Onlardan Andres İnyesta, Xavi və Sesk Fabreqas İspaniya “Barcelona”sında, Serxio Ramos, Xabi Alonso və İker Kasilyas “Real”da, David Silva İngiltərə “Manchester City”sində, Fernando Torres isə “Chelsea”də çıxış edir. Əvəzində finalçı İtaliya millisi 3 oyunçu – Mario Balotelli (“Manchester City”), Canluiçi Buffon, Andrea Pirlo (hər ikisi “Juventus”) ilə təmsil olunub. Siyahıda ən çox futbolçusu olan klub “Manchester City”di. “Şəhərlilər”in 6 oyunçusu siyahıya düşüb. İngiltərənin “Chelsea” komandasının 4 futbolçu “32-liy”ə düşüb. “Barcelona”nın da bu qədər oyunçusu var ki, onlardan biri də mükafatın hazırkı sahibi Lionel Messidi.
 
Serxio Aquero – Argentina, Manchester City
Xabi Alonso – İspaniya, Real
Mario Balotelli – İtaliya, Manchester City
Yakub Blaşikovski – Polşa, Borussia Dortmund
Canluici Buffon – İtaliya, Juventus
Robin van Persi – Hollandiya, Arsenal
Raul Qonsales – İspaniya, Schalke/Əl-Sədd
Didye Droqba - Fil Dişi Sahili, Chelsea/Şanxay Şenxua
Lesli Devis – Uels, Bangor City
Zlatan İbrahimoviç – İsveç, Milan
Andres İnyesta – İspaniya, Barcelona
Şindzi Kaqava – Yaponiya, Borussiya Dortmund/Manchester United
İker Kasilyas – İspaniya, Real
Vensan Kompani – Belçika, Manchester City
Fabio Koentrao – Portuqaliya, Real
Frenk Lempard - İngiltərə, Chelsea
Lionel Messi – Argentina, Barcelona
Luka Modriç – Xorvatiya, Tottenham
Pepe – Portuqaliya, Real
Andrea Pirlo – İtaliya, Juventus
Serxio Ramos – İspaniya, Real
Kristiano Ronaldo – Portuqaliya, Real
Ueyn Runi - İngiltərə, Manchester United
David Silva – İspaniya, Manchester City
Fernando Torres – İspaniya, Chelsea
Yaya Ture - Kot d İvuar, Manchester City
Sesk Fabreqas – İspaniya, Barcelona
Radamel Falkao – Kolumbiya, Atletico
Co Hart - İngiltərə, Manchester City
Petr Çex – Çexiya, Chelsea
Məsut Özil – Almaniya, Real
Xavi Ernandes – İspaniya, Barcelona
 
Avqustun 14-də namizədlər siyahısı 3-ə enəcək. Qalib isə avqustun 30-da Monakoda Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq. Onun adına UEFA-ya üzv ölkələrin idman jurnalistləri arasında səsvermə yolu ilə aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.