17 iyul 2012 18:57
AFFA jurnalistləri təbrik etdi
İyulun 17-də AFFA-nın inzibati binasında Milli Mətbuat günü ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu jurnalistləri peşə bayramı münasibətilə təbrik edib və bundan sonra da səmərəli əməkdaşlığa ümid etdiyini bildirib.
Daha sonra Azərbaycan futbolunun bu günü ilə bağlı bəzi müzakirələr aparılıb. Qeyd olunub ki, yaxın gələcəkdə azərbaycanlı jurnalistlər üçün ingilis dili kurslarının açılması lazımdı. Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub.
