17 iyul 2012 20:58
Simurq Avtriyadakı ilk sınaq matçında məğlub oldu (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışda olan "Simurq" hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrini Səudiyyə Ərəbistanı təmsilçisi ilə görüşdə sınayıb.
Belə ki, rəqib “Al Ahli Jeddah” klubu idi. Gürcü mütəxəssis bu oyunda komandasının üzvləri ilə yanaşı baxışda olan yarımmüdafiəçilər - slovakiyalı Branislav Fodrek və polşalı Burkxard Marçin, eləcə də Miroslav Antonov, Daniel Peyev, Dilaver Zirnanoviç, Stjepan Poljak, Milan Andelkoviç və Darko Brljakı da sınaqdan keçirib.
Qarşılaşmaya gəlincə, hesabı "Simurq" açıb. Amma onlar bu erkən qolun davamını gətirə bilməyiblər və sonda meydandan məğlub ayrılıblar.
Yoxlama oyunu
17 iyul
Simurq - Al Ahli Jeddah – 1:3 (1:2)
Qol: Miroslav Antonov, 3.
Oyun başladı
3. Komandamız erkən qolla hesabı açır – 1:0
32. Ərəblər cavab qolunu vururlar - 1:1
41. Zaqatala klubu məğlu duruma düşür - 1:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
61. "Simurq" üçüncü qolu qapısında görür - 1:3
