17 iyul 2012 23:36
Sadıq Sadıqov: Hədəfimiz Gürcüstanda qələbə qazanmaqdı
“Neftçi”nin prezidenti Sadıq Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə ilk oyunundan (3:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamızın belə oyununa, qələbəsinə görə çox sevinirəm. Amma düzünü deyim ki, bu hesabla qələbə qazanacağımızı gözləmirdim. Futbolçularımızdan heç kimi xüsusi vurğulamaq istəmirəm. Onların hamısı yaxşı oynadılar. Qələbəni baş məşqçimiz Böyükağa Hacıyevə həsr edirik və onun tezliklə sıraya dönməsini arzulayırıq. Hələ “Neftçi”nin mərhələ adladığını söyləmək tezdi. Qarşıda cavab oyunu var. İndi orda da qələbə qazanmaq lazımdı. Bu, bizim hədəfimizdi”.
