17 iyul 2012 23:41
Julius Vobay: Gürcüstanda da qol vurmaq istəyirəm
“Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə ilk oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi”dəki ilk rəsmi oyununuzdaca qol vurdunuz. Təəssüratlarınız?
- Şadam ki, qol vura bildim. Bunu Gürcüstanda da etmək istəyirəm. İmamverdiyevdən əla ötürmə aldım. İrəli şığıyıb zərbə vurmağa qərar verdim. Alındı!
- 3:0 hesablı qələbə növbəti mərhələ haqda düşünməyə əsas verir?
- Hələ ki, yox. “Zestafoni” doğma meydanda yaxşı oynayır. Biz bunu gözəl bilirik. Özümüzü Gürcüstanda da yaxşı tərəfdən göstərməliyik.
- Hələ ki, yox. “Zestafoni” doğma meydanda yaxşı oynayır. Biz bunu gözəl bilirik. Özümüzü Gürcüstanda da yaxşı tərəfdən göstərməliyik.
- Oyundan öncə hər şeyin belə nəticələnəcəyini gözləyirdiniz?
- Bizim bu oyundakı əsas hədəflərimizdən biri məhz qol buraxmamaq idi. Amma üç qol vuracağımızı təsəvvür etmirdim.
- Bizim bu oyundakı əsas hədəflərimizdən biri məhz qol buraxmamaq idi. Amma üç qol vuracağımızı təsəvvür etmirdim.
- Gürcüstandakı oyuna necə hazırlaşacaqsız?
- Məşqçilərimiz hələ heç nə deməyiblər. Amma fikrimcə, biz işimizi az da olsa, yüngülləşdirmişik. Səfər oyununda çox diqqətli olmağımız lazım gələcək.
- Məşqçilərimiz hələ heç nə deməyiblər. Amma fikrimcə, biz işimizi az da olsa, yüngülləşdirmişik. Səfər oyununda çox diqqətli olmağımız lazım gələcək.
