17 iyul 2012 23:45
Tərlan Əhmədov: Qələbəni Böyükağa Hacıyevə həsr edirik
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə ilk oyunundan (3:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bu qələbəni baş məşqçimiz Böyükağa Hacıyevə həsr edirik. Oyundan öncə bilirdik ki, bu rəqibə qarşı açıq oyun sərgiləmək olmaz. Bizim bəzi çatışmazlıqlarımız var idi. Lakin “Zestafoni”nin səhvlərindən yararlana və iki ardıcıl qol vura bildik. Şadam ki, fasilədən sonra üçüncü qola da imza atdıq. Amma qarşıda hələ üçüncü oyun var. Hesab edirəm ki, bu oyun təkcə “Neftçi”nin yox, həm də Azərbaycan futbolunun qələbəsidi”.
