17 iyul 2012 23:53
Zestafoninin baş məşqçisi: Hər şeyə Gürcüstanda aydınlıq gələcək
Gürcüstanın “Zestafoni” klubunun baş məşqçisi Georgi Çiabraşvili UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunundan (0:3) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bu, komandamın ən pis oyunlarından biri idi. İlk iki qolda çox böyük səhvlərə yol verdik. Məsuliyyətin böyük hissəsini öz üzərimə götürürəm. Bu gün siz əsl “Zestafoni”ni görə bilmədiniz. Bu gün sizin klubunuz daha güclü oldu. Oyundan öncə də demişdim ki, “Neftçi” yaxşı komandadı. Amma qarşıda hələ daha bir 90 dəqiqə var. Hər şeyə Gürcüstanda aydınlıq gələcək. Növbəti mərhələyə daha güclü olan komanda vəsiqə qazanacaq. Yekun nəticə hələlik bəlli deyil”.
