17 iyul 2012 11:54
Slovakiya və Polşa yığmasının sabiq üzvləri Simurqda
Avstriyada təlim-məşq toplanışda olan “Simurq” hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, gündə iki dəfə olmaqla məşq edən Georgi Çixradzenin yetirmələri, əsasən taktiki çalışmalar üzərində işləyir.
Toplanışın 3-cü günündə “sarı-qaralar”ın heyətinə baxış üçün dəvət edilmiş yeni futbolçular da qoşulub. Bunlar yarımmüdafiəçilər – slovakiyalı Branislav Fodrek və polşalı Marçin Burkxarddı. Bu oyunçulardan əvvəl isə Miroslav Antonov, Daniel Peyev, Dilaver Zirnanoviç, Stepan Polyak, Milan Andelkoviç və Darko Brlyak “Simurq”un düşərgəsinə təşrif buyurub. Hazırda komandada baxışda olan legioner futbolçuların sayı səkkiz nəfərə çatıb. Onlar haqqında son qərar yoldaşlıq görüşlərindən sonra məşqçilər korpusu tərəfindən veriləcək.
28 yaşlı Marçin Burkxard 2001-2005-cimllərdə Polşanın “Amika” (83 oyun, 7 qol) klubunda çıxış edib. 2005-2006 mövsümündə “Legia”ya icarəyə verilən (23 oyun, 4 qol) futbolçu 2006-cı ildə bu komanday a transfer olunub və 2008-ədək burda çıxış edib (22 oyun, 2 qol). Marçin 2008-2009 mövsümünü İsveçin “Norrköpinq” (29 oyun, 5 qol), 2009-2010 mövsümünü Ukraynanın “Metallist” (Xarkiv, 7 oyun) klublarında çıxış edib. 2010-cu ildə Polşanın “Jaqelloniya” (Bialystok, 22 oyun, 1 qol) klubuna icarəyə verilən futbolçu 2011-ci ildə bu komandaya transfer olunub (20 oyun, 1 qol). O, Polşa yığmasın sabiq üzvüdü. Belə ki, Marçin 2003-2005-ci illərdə 10 dəfə milli komandaya çağırılıb və 1 qol vurub.
31 yaşlı Branislav Fodrek karyerasına Bratislava “Slovan”ında başlayıb (1999-2004, 37 oyun, 6 qol). 2004-2005-də vətənində “Petrjalka”nın formasını geyinən (67 oyun, 18 qol) futbolçu 2006-cı ildə Rusiyanın “Saturn” klubuna keçib (12 oyun, 1 qol). 2007-ci ildə yenidən “Petrjalka”ya dönən (53 oyun, 10 qol) 2010-2011 mövsümündə Macarıstanın “Szombatelyi” klubunda forma geyinib (18 oyun, 3 qol). Fodrek bu ilin əvvəlindən Slovakiyanın “Dunajska” klubunda (8 oyun, 1 qol) çıxış edib. Fodrek Slovakiya millisinin sabiq üzvüdü. O, 2005-2006-cı illərdə 2 dəfə milli komandaya çmğırılıb.
