17 iyul 2012 00:02
Öncə İnter, sonra Asteras
Məlum olduğu kimi, iyulun 19-da “İnter” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, bu matçda "İnter" Yunanıstanın "Asteras Tripolis" klubuyla qarşılaşacaq.
Qeyd edək ki, matçdan bir gün əvvəl (iyulun 18-də) "Dalğa Arena"da hər iki klubun mətbuat konfransı baş tutacaq. "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze mətbuat önünə saat 19:30-da çıxacaq, "Asteras"ın mətbuat konfransı isə saat 20:30-da başlayacaq.
