17 iyul 2012 12:17
“Neftçi Zestafoninin nə qədər güclü komanda olduğunu bilmir”
“Bakı”nın gürcüstanlı müdafiəçisi Georgi Popxadze azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasındakı uğursuz çıxışından danışıb, eləcə də Çempionlar Liqasındakı “Neftçi” – “Zestafoni” qarşıdurmasından danışıb.
- Sloveniya “Mura”sına məğlubiyyətin şokundan ayıla bilmisiz?
- Hələ də özümüzə gəlməmişik. Uğursuzluğun səbəblərini aydınlaşdırmağa çalışırıq. Mən hər şeyin belə nəticələnməsinə görə çox üzülürəm. Biz rəqibi düzgün qiymətləndirmədik. Bunun da nəticəsində belə bir uğursuzluqla üzləşdik. Belə şərait malik “Bakı” Sloveniya təmsilçisini keçməyə borclu idi.

- Azarkeşlər qarşısında üzr istəməyi arzulamırsız?
- Məgər bu, sözlə mümkündü? Bunu əməldə isbatlamaq lazımdı. Çempionatda uğurlu çıxış edib, onların inamını geri qaytarmaq istəyirik.

- Sloveniyadakı oyunda sizdə nə alınmadı?
- Hamımız günahkarıq. Rəqibi qiymətləndirmədik. Öz növbəmizdə ələ düşən şanslardan yaxşı yararlana bilmədik.
- Çempionlar Liqasında bu mövsüm Azərbaycan – Gürcüstan qarşıdurması olacaq. “Neftçi” – “Zestafoni” görüşü ilə bağlı siz nə düşünürsüz?
- Azərbaycan futbol ictimaiyyətinin “Zestafoni”ni zəif komanda hesab etməsi mənim xoşuma gəlmir. Bəli, son illərə qədər Gürcüstan futbolunun lideri Tiflis “Dinamo”su idi. Amma artıq çempionluq uğrunda mübarizə apara biləcək digər klublar da yaranıb. Məsələn, elə həmin “Zestafoni” son iki mövsümdə inamlı şəkildə qızıl medallara sahib çıxır.
- Özü də təəccüblüdü ki, komandada legioner demək olar, yoxdu...
- Klub rəhbərliyi gürcüstanlı futbolçulara üstünlük verir. Yerli kadrlarla çalışırlar. Onların işinin nə dərəcədə uğurlu olduğunu isə “Neftçi” ilə oyunlarda görəcəksiz.

- “Zestafoni”də kimi xüsusi qeyd edə bilərsiz?
- Komandada əla forvardlar var. Amma aparıcı oyunçu yoxdu. Caba Dvali əla futbolçudu. Həmçinin daha bir yaxşı mərkəz hücumçuları var, adını unutmuşam. Əmin olun ki, “Neftçi” hələ “Zestafoni”nin nə qədər güclü komanda olduğunu bilmir.

- Yəni Gürcüstan klubunun şansı daha çoxdu?
- Bunlar demək olar ki, eyni komandalardı. Bu suala yalnız ilk oyundan sonra dəqiq cavab verə bilərəm. Çünki bu komandaların son zamanlarda oyununu görməmişəm. Onu bilirəm ki, “Zestafoni” Bakıda qol vursa, “Neftçi”yə çox çətin olacaq.

- Niyə?
- “Zestafoni” ilə səfərdə oynamaq çox çətindi. Onların stadionunda yaxşı akustika var və komanda yaxşı azarkeş dəstəyinə malikdi. Buna görə müdafiəyə xüsusi diqqət yetirməyi məsləhət görərdim.

- Bəziləri Azərbaycan çempionatının Gürcüstan birinciliyindən güclü olduğunu düşünür. Siz bununla razısız?
- Mən hələ Azərbaycan çempionatının oyunlarını izləməmişəm. Amma Gürcüstanda son illərdə çox şey dəyişib. Yerli futbolçuların səviyyəsi yüksəlib, yaxşı legionerlər dəvət olunmağa başlanılıb. Hər halda “Neftçi” ilə “Zestafoni” arasındakı oyunlar bir çox suallara aydınlıq gətirəcək.