17 iyul 2012 00:19
“Zestafoni Barcelonaya da uduzsa, azarkeşlər bizi qınayacaqlar"
Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dalğa Arena”da “Neftçi”nin qonağı olacaq Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvilinin keçirdiyi oyunqabağı mətbuat konfransında komandanın aparıcı futbolçularından David Muciri də iştirak edib. Azerisport.az xəbər verir ki, gürcü futbolçu qarşılaşma ilə bağlı bunları deyib:
“Bizim azarkeşlər maksimalistdilər. Bu mərhələdə “Barcelona”ya da uduzsaq, azarkeşlər bizi qınayacaqlar. Çünki onlar bizdən ancaq qələbə gözləyirlər. Bizim üçün çox çətin olacaq. Bunu yaxşı bilirik. Amma əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Bu, bizim qarşımıza qoyulan əsas vəzifədi”.
