17 iyul 2012 12:28
Asterasın baş məşqçisi: Bakıya səfərimiz çox çətin olacaq
Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanın “İnter” klubuna rəqib olan Yunanıstan “Asteras”ının baş məşqçisi Sakis Tsiolis bu oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, müsahibəsində öncə bunları dilə gətirib:
“Bakıya səfərimiz çox çətin olacaq. Düzdü, “İnter”i öyrənə bilmişik. Əminliklə deyə bilərəm ki, bu, çox yaxşı komandadı. Bu üzdən də “İnter”lə səfər oyunumuz heç də sıradan qarşılaşma olmayacaq”.
“Bakıya səfərimiz çox çətin olacaq. Düzdü, “İnter”i öyrənə bilmişik. Əminliklə deyə bilərəm ki, bu, çox yaxşı komandadı. Bu üzdən də “İnter”lə səfər oyunumuz heç də sıradan qarşılaşma olmayacaq”.
Tsiolis komandasının hazırlığı barəsində də danışıb: “Öz tərəfimizdən hər şeyi etməyə çalışırıq. Ciddi şəkildə hazırlaşırıq. Rəhbərlik hər şeyi yüksək səviyyədə təşkil edib. Fikrimcə, “İnter”lə oyunlara qədər tam hazır olacağıq”.
O, komandasının problemlərindən də danışıb: “Biz hələlik ritmə düşə bilməmişik. Anlaşma səviyyəsinin daha da yaxşılaşmasına ehtiyac var. Amma inanıram ki, futbolçularımız qarşıdakı oyunlarda əsl xarakter nümayiş etdirəcəklər. Dəqiq deyə bilərəm ki, siz yenə meydanda son mövsümdəki komandanı görə biləcəksiz”.
