17 iyul 2012 00:56
Neftçi Zestafoniyə minimal hesabla qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstan “Zestafoni”si ilə ilk oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi aşağıdakı kimidi.
Respondentlərin 38 faizi komandamızın minimal hesabla qalib gələcəyini düşünür. 30 faiz isə “Neftçi”nin gürcülərlə oyunda böyük hesabla qalib gələcəyini ifadə edib.
13 faiz heç-heçə qeydə alınacağını bildirdiyi halda, “Zestafoni”nin qalib gəlməsini proqnozlaşdıranlar cüzi üstünlük qazanıblar.
