18 iyul 2012 13:02

“Xəzər Lənkəranla oyunlar bizim üçün çox vacibdi”

Polşanın “Lech” klubunun müdafiəçisi Hubert Volyakeviç müsahibəsində Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri oyunlardan danışıb, 2008-ci ildəki oyunları yada salıb. Azerisport.az onun bəzi diqqətçəkən açıqlamaları ilə sizi də tanış edir.
 
“Kiminlə, harda oynamağımızdan asılı olmayaraq, biz həmişə qələbə qazanmaq istəyirik. Bizim devizimiz də belədi. Avropa Liqasında qrup mərhələsinə düşməyi hədəfləmişik. Böyük futbolun dadını hiss etmək istəyirik”.
 
“Lech” Avroliqanın birinci təsnifat mərhələsində Qazaxıstan “Lech”i ilə cavab oyununda olduğu kimi, “Xəzər Lənkəran”la səfər matçına da bir gün öncə yollanıb. Volyakeviç bunu komandası üçün daha uğurlu addım saydığını deyir: “Hər halda məşqçilərimiz nə etdiklərini yaxşı bilirlər. Biz onlara tam inanırıq. “Xəzər Lənkəran”la oyunlar bizim üçün çox vacibdi. Oyundan-oyuna artırırıq. Bu da bizi ancaq sevindirə bilər”.
 
Volyakeviç “Xəzər Lənkəran”la “Lech” arasında 2008-ci ildə baş tutan oyunlarda forma geyə bilməsə də, yaxşı xatırladığını deyir: “Təbii ki, bu komanda üzərində doğma meydanda qazandığımız 4:1 hesablı qələbəni yaxşı xatırlayıram. Hazırda isə çox şey dəyişib. Məsələn, növbəti rəqibimiz “Jetisu” (Qazaxıstan) ilə müqayisədə daha güclüdü. Lakin hər şeyə qarşıdakı oyunlardan sonra aydınlıq gələcək”.
 
Poznan təmsilçisinin futbolçusu Lənkəranda baş tutacaq səfər matçında mütləq qol vurmaq lazım olduğunu deyir: “Belə olan halda biz daha yaxşı şans qazanmış olacağıq. Azərbaycan və Qazaxıstan kimi ölkələrin futbolu hazırda inkişaf etməkdədi. Onlar da indi Avropanın qalan ölkələrinə çatmaq istəyirlər. Lakin biz rəqibimizin azərbaycanlılar və ya almanlar olmasından asılı olmayaraq, öz işimizi görməliyik”.
 
“Lech” “Jetisu” ilə səfər matçının ilk 15 dəqiqəsində çox pis oyun sərgiləyib. Volyakeviç bunun təkrarlanmasını istəmir: “Bu, müəyyən qədər yorğunluqla bağlı idi. Çünki yolda çox vaxt keçirmişdik. Amma məşqçilərin sözlərinə görə, Azərbaycanda bu, təkrarlanmamalıdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.