18 iyul 2012 13:14
Millimizin sabiq forvardı futboldan belə getdi (FOTOLAR)
Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində uğurla çıxış etmiş Samir Əliyev futbolçu karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena"da keçirilmiş "Neftçi" - "Zestafoni" oyununun fasiləsində Samir Əliyevə AFFA-nın və "Neftçi" PFK-nın hədiyyələri verilib. AFFA-nın hədiyyəsini İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, "Neftçi" PFK-nın hədiyyəsini isə klubun vitse-prezidenti Tahir Süleymanov təqdim edib. (AFFA)
