18 iyul 2012 13:25
Simurqun Avstriya toplanışına davam (VİDEO)
Avstriyada təlim-məşq toplanışda olan "Simurq" Peşəkar Futbol Klubu hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir gündə iki dəfə olmaqla məşq edən Georgi Çixradzenin yetirmələri əsasən taktiki və texniki çalışmalar üzərində işləyir.
Qeyd edək ki, ötən gün "Simurq" Avstriyada ilk yoldaşlıq görüşünə də çıxdı. "Əl-Əhli" komandası ilə keçirilən görüş 1:3 hesablı yenilgiylə başa çatdı. Növbəti sınaq matçı isə iyulun 20-də Almaniyanın "Dinamo” (Drezden) klubuna qarşı keçiriləcək.
