18 iyul 2012 13:33
Sumqayıtın Türkiyədəki rəqibləri müəyyənləşdi
2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubunun ölkə xaricində təlim-məşq toplanışı keçəcəyi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Bernard Raabın rəhbərlik etdiyi komanda iyulun 21-dən 30-dək Türkiyənin Nevşehir bölgəsində hazırlıq keçəcək.
“Sumqayıt” Türkiyədə üç yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 24-də baş tutacaq görüşdə komanda ilk olaraq “Kayseri Erciyespor”la üz-üzə gələcək. “Sumqayıt” iyulun 26-da isə “Ankaragücü” ilə qüvvəsini sınayacaq. Komanda son yoxlama oyununu iyulun 28-də TFF 1-ci liqaya vəsiqə qazanmış “1461 Trabzon” klubuna qarşı keçirəcək.
Xatırladaq ki, “Sumqayıt” Avanos vilayətində yerləşən “Avrasiya” otelində məskunlaşacaq.
