18 iyul 2012 13:45
Azərbaycan millisi Moldova ilə yoxlama oyunu keçirəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi avqustun 16-dan 24-nə qədər Moldovanın paytaxtı Kişinyovda baş tutacaq.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Məlumatda o da bildirilir ki, toplanış çərçivəsində yığmamızın moldovalı həmyaşıdları iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Hazırlıq prosesinə dəvət olunacaq futbolçuların siyahısı barədə əlavə məlumat veriləcək.
