18 iyul 2012 14:01
Cavid İmamverdiyev: Cavab oyununda hər şey baş verə bilər
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə ilk oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanızın parlaq qələbəsi ilə bağlı nə deyə bilərsiz?
- Çətin oyun alındı. Biz bu qələbəni qazanmaq üçün az güc sərf etmədik. Sevindiricidi ki, istəyimizə nail olduq. İndi bütün diqqətimizi cavab matçına yönəltməliyik.

- Belə nəticəni gözləyirdiniz?
- Məhz belə qələbə qazanacağımızı gözlədiyimizi deməzdim. Amma zəhmətimiz bəhrəsini verdi. Çox şadam ki, “Zestafoni”ni məhz böyük hesabla məğlub edə bildik. Əlbəttə, 3:0 kifayət qədər yaxşı üstünlükdü. Amma cavab oyununda hər şey baş verə bilər. Biz hələ mərhələni keçməmişik.

- Rəqib gözlədiyiniz kimi oynadı?
- Fikrimcə, hə. Ümumiyyətlə, pis təsir bağışlamadılar. Amma biz bu axşam rəqibə nisbətən şanslarımızdan daha yaxşı yararlandıq.

- Quru hesabla qalib gəlsəniz də, rəqib komandada olduğu kimi, “Neftçi”nin də müdafiəsində boşluqlar diqqət çəkirdi...
- Mən belə deməzdim. Düzdü, rəqib müdafiəçilərin səhvi oldu. Hansı ki, biz də bunlardan yararlanıb, üç qol vurduq. Amma bütövlükdə, hər iki komandanın müdafiə xətti çox yaxşı oynadı.
- 3:0 hesablı qələbə cavab oyunu ərəfəsində “Neftçi”ni arxayınlaşdırmayacaq ki?
- Xeyr! Qətiyyən! Biz gözəl başa düşürük ki, bu qarşıdurma iki oyundan ibarətdi. “Neftçi” hələlik yalnız ilk oyunda qələbə qazanıb. İkinci oyun qalır. Ümid edirəm ki, ikinci oyunda da rəqibdən güclü olduğumuzu sübut edə biləcəyik.

- Oyundan öncə məşqçiniz Tərlan Əhmədov bildirmişdi ki, cütün taleyini Bakıda həll etmək istəyirsiniz. Sizcə, buna nail oldunuz?
- Məncə, 50 faiz nail olduq. İndi qalır cavab görüşündə bunun davamını gətirmək.