18 iyul 2012 14:15
Sumqayıt sabah Qəbələ ilə yoxlama oyunu keçirəcək
2012/2013 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası növbəti yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, Vaqif Paşayevin yetirmələri sabah “Qəbələ”nin əvəzedicilərini sınağa çəkəcək.
Qarşılaşma saat 10:00-da Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sumqayıt” FK-nun əvəzediciləri ötən həftə “Bakı” ilə üz-üzə gəlmişdi (2:3).
