18 iyul 2012 01:08
“Xəzər Lənkəranın lideri qapıçısıdı, amma Pitin sol ayağından çəkinmək lazımdı”
Polşanın “Lech” klubunun baş məşqçisi Mariuş Rumak Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyunu ərəfəsində, Azərbaycana səfər öncəsi yerli jurnalistlərlə görüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Azərbaycan futbolu son illərdə inkişafdadı. Onlar bir neçə il öncə ilə müqayisədə daha çox səviyyəli futbolçular transfer edirlər. Elə tanınmış futbol mütəxəssisi Berti Foqtsun bu ölkənin əsas yığmasında çalışması da təsadüfi deyil”.
“Azərbaycan futbolu son illərdə inkişafdadı. Onlar bir neçə il öncə ilə müqayisədə daha çox səviyyəli futbolçular transfer edirlər. Elə tanınmış futbol mütəxəssisi Berti Foqtsun bu ölkənin əsas yığmasında çalışması da təsadüfi deyil”.
Rumak etiraf edib ki, onlar ilk təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları Qazaxıstanın “Jetisu” klubu ilə müqayisədə “Xəzər Lənkəran” barədə daha çox informasiyaya malikdilər. Belə ki, komandanın analitiki Yatsek Terpilovski “ağ-yaşıllar”ın Estoniya “Nomme Kalju”su ilə oyunlarını şəxsən izləyib.
“Bizdə “Xəzər Lənkəran”ın müxtəlif oyunlarının videoyazısı var. Komandada əla yerli və legioner futbolçular cəmləşiblər. Bu briqadanın lideri şübhəsiz ki, qapıçı Kamran Ağayevdi. Amma meydanda daha çox Adrian Pitdən ehtiyatlanmaq lazımdı. Hansı ki, onda olan güclü ayaq bir ara bu futbolçunu İtaliya “Roma”sına da aparıb çıxarmışdı”.
Poznan təmsilçisinin məşqçisi onlar üçün əsas problem kimi Lənkərana uzun yolçuluğu göstərib. Çünki “Lech” ölkəmizə təyyarə ilə gələcəksə, Bakıdan Lənkərana avtobusla yola düşəcək: “Amma ümid edirəm ki, Azərbaycanda yollar Qazaxıstandakından daha yaxşıdı”.
Polşa klubunun baş məşqçisi “Xəzər Lənkəran”la oyunda Lukaş Traykinin xidmətindən yararlana bilməyəcəklərini də əlavə edib. Buna onun zədəli olması səbəb göstərilir.
