18 iyul 2012 14:27
Lech Lənkərana 19 futbolçu ilə gəlir
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lech” klubu bu gün Azərbaycana gəlir. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisini gətirən təyyarə Bakı hava limanın saat 15:00-da eniş etməlidi.
Qonaq komanda aeroportdan dərhal avtobusla Lənkərana yola düşəcək. Elə bu axşam “Lech” Lənkəran şəhər stadionunda son məşqə çıxacaq.
Artıq komandanın Lənkərana hansı heyətlə gəlməsi də məlumdu. Belə ki, polşalılar heyətə 19 futbolçu daxil ediblər. Onların siyahısı ilə sizi də tanış edirik:
Qapıçılar: Yasmin Buriç, Kristof Kotorovski, Aleksandr Vandjel;
Müdafiəçilər: İvan Dyurdyeviç, Tomaş Kedziora, Manuel Arboleda, Hubert Volyakeviç, Luis Enrikes, Martin Kaminski;
Yarımmüdafiəçilər: Yatsek Kyelb, Rafal Muravski, Simon Drevnyak, Aleksandr Tonev, Mateus Mojdjen, Yakub Vilk;
Hücumçular: Dyerqo Lovrençiks, Voyo Ubiparip, Bartoş Slusarski, Bartoş Bereşinski.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lech” matçı sabah saat 20:00-da başlayacaq.
