18 iyul 2012 01:40
Sadıq Sadıqov: Neftçiyə yeni futbolçu lazım deyil
“Neftçi”nin prezidenti Sadıq Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Gürcüstan “Zestafoni”si ilə ilk oyunundan (3:0) sonra bildirib ki, onlar yeni transfer həyata keçirməyə hazırlaşmırlar. Azerisport.az saytına müsahibəsində o, məsələ ilə bağlı bunları dilə gətirib:
“Zestafoni” ilə oyunda yeni alınan legionerlərimizin dördü də özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Bu da bizi sevindirməyə bilməz. Onların oyunu göstərdi ki, komanda artıq komplektləşib. Ona görə də yeni kimisə almağımıza ehtiyac yoxdu”.
