18 iyul 2012 14:48
AZAL koreyalı hücumçudan imtina etdi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov baxışda olan bir futbolçudan imtina edib. Azerisport.az xəbər verir ki, baş məşqçi hücumçu Kim Sun Yunu bəyənməyib.
Sadıqov Yaponiyanın “Rosso Kamomoto” klubundan gələn koreyalı forvardı dünən Səudiyyə Ərəbistanın “Najran” klubu ilə yoxlama oyununda (1:0) sınayıb. Amma onun səviyyəsi baş məşqçini qane etməyib.
Hücumçu axtarışlarını davam etdirən AZAL hazırda digər futbolçuları sınayır.
